Sumqayıtdakı yataqxanaların istismar müddətinin bitməsi ilə bağlı bizdə məlumat var.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, Prezidenti tapşırığı əsasında qəzalı vəziyyətdə binalarla bağlı yeni proqram hazırlanıb: “Qəzalı evlərin bərpası ilə bağlı proqram hazırlanıb. Ötən həftə baş nazirimizin sədrliyi ilə müşavirə keçrilib. Sumqayıtdakı yataqxana ilə bağlı məsələyə də baxılıb. Bu istiqamətdə yaxın vaxtlarda əməli addımlar atılacaq”.