2 C
Baku
Sunday, December 15, 2024

Yaxşı lider olmağınıza mane olan 3 şey

İstəyirsiniz ki, sizə hörmətlə yanaşsınlar və dinləsinlər? Bu halda aşağıdakı üç vərdişdən qurtulmağınız məsləhətdir.

Les McKeown – Predictable Success konsaltinq şirkətinin rəhbəri və eyni adlı kitabın müəllifi olmaqla yanaşı, seriyalı sahibkardır.

Hamımız dərin köklü ehtiyacları rəhbər tuturuq. Məsələn, əksər sahibkarlar öz bizneslərini azadlıq və muxtariyyət ehtiyacını nəzərə alaraq yaradırlar. Rəhbərlərin böyük hissəsi ətraflarında nəyisə dəyişdirməyə ehtiyac duyduqları üçün lider olurlar.

Lakin bəzən də elə olur ki, potensial lider bütün gücünü səfərbər etmək məcburiyyətində qalırlar və bu onların rəhbər olmaq qabiliyyətini itirməsinə gətirib çıxarır. Budur, yaxşı liderlərin qurban olduğu üç ehtiyac:

1. Hər kəsin xoşuna gəlmək

Birlikdə işlədiyiniz insanlar tərəfindən sevilmək istəyinin olması pis bir şey deyil. Və ilkin mərhələdə, komandaya rəhbərlik etməyə başladığınız zaman sizin bəyəndiyiniz və sizi bəyənən komanda ilə işləmək tamamilə düzgün yanaşmadır. Bağlılıq, diqqət, qarşılıqlı hörmət və hətta sevgi – bütün bunlar sağlam, canlı mədəniyyətə böyük töhfə verir.

Bəs onda problem nədir? Məsələ orasındadır ki, bir müddətdən sonra lider başqalarından asılı olmağa başlayır. Bu andan informasiyanın emalı və qərarların qəbulu prosesi düzgün olmamağa başlayır, işçilərlə qurulan münasibət isə dəqiqliyini və aydınlığını itirir.

Sağlam mühitdən çıxaraq, simpatiya və bağlılığa keçid etdiyinizi necə başa düşmək olar? Çox sadə: siz ünsiyyətcil insanları komandanızdan sıxışdırmağa başlayırsınız və ya əksinə – onların diqqətini cəlb etmək üçün əlinizdən gələni etməyə çalışırsınız.

2. Hamıdan ağıllı olmaq

Liderlər rəhbərlik edirlər. Liderlər çox vaxt haqlı olurlar. Liderlər başqaları ilə bölüşürlər, onlara nəyisə öyrədirlər. Liderlər başqalarının görmədiyi şeyləri görürlər. Liderlər insanları komfort zonasından çıxmağa sövq edirlər.

Bütün bunlar əlbəttə ki, doğrudur, amma müəyyən həddə qədər. Adətən lider bu keyfiyyətlərin hər birini eyni anda nümayiş etdirə bilmir.

Təəssüf ki, çox danışan liderlərin də sayı çoxdur. Və onlar işçiləri ilə elə danışırlar ki, hamı rəhbərin hamıdan ağıllı olduğunu başa düşsün. Adətən bu tip insanlar şirkətdə hamıdan ağıllı olmağa ehtiyac duyurlar.

Əslində bu kimi hallara tez-tez rast gəlinir. Komandanın hər bir üzvü öz fikrini bildirdi və biz qərar qəbul etməyə hazır olsaq da, rəhbər danışmağa davam edir: nüanslar əlavə etmək, başqalarının ağlına gəlməyən fikirləri bildirmək və s. O, sual verir, sonra isə bu cavab necə və nə cür olmalıdır deyə beş saat danışır.

Sizcə, sizdə bu səhvə yol verirsinizmi? Bunu başa düşmək üçün özünüzü tədqiq edin. Özünüzü şirkətdə ən ağıllı biri hesab edirsinizsə, çox güman ki, hə. Əgər hamıdan ağıllı olduğunuzu düşünürsünüzsə, əmin olun ki, səhv şirkətə gəlib düşmüsünüz.

3. Başqa haralardasa olmaq

Bəli, siz məşğul insansınız. Bəli, siz rəhbərsiniz və siz istədiyiniz anda iclası tərk edə bilərsiniz. Bəli, smartfonunuza gələn bildirişlərin sayı-hesabı yoxdur və hər 45 saniyədən bir yeni bir şey görürsünüz.

Lakin siz indi lazımsınız. Sizin həm fiziki, həm də emosional olaraq var olmağınız lazımdır – marağınızdan asılı olaraq insanlara ayırdığınız diqqət parçaları yox.

Əgər lazım olduğunu yerdə yoxsunuzsa, həmin yerin harada olduğunu öyrənin və sizi ora aparacaq istiqamətdə hərəkət edin.

Son xəbərlər
Digər xəbərlər