14 C
Baku
Thursday, March 28, 2024

Yellenin çıxışı öncəsi dolların indeksi düşür

BANKER.AZ– Günün irəliləyən saatlarında diqqət, ABŞ-ın Xəzinə departamentinə (Maliyyə Nazirliyi) namizəd Canet Yellenin Konqresdəki çıxışına yönələrkən, çərşənbə axşamı dolların məzənnəsi aşağı düşdü

Amerika dolları 6 əsas valyutaları ticarəti səbəti qarşısındakı indeksi  (Bakı vaxtı ilə 16:00) 0.31% enişlə 90.447 bənd olub. ABŞ-da qiymətlərdə tətil səbəbindən ticarət zəif olsa da dünən gecə 21 dekabrdan bu tərəfə ilk dəfə 90.94 bəndə yüksəlib.

Dollar indeksi nədir

USD/JPY 0.4% artımla 104.06 olarkən, EUR/USD 0.2% yüksəlişlə 1.2096 və GBP/USD 0.1% artımla 1.3597 səviyyəsində olmuşdur. AUD/USD cütlüyünün məzənnəsi isə 0.4% artımla 0.7711 ticarət olunur.

Canet Yellen illər öncə FED -ə rəhbərlik edib, Tramp hakimiyyətinin artıq təhvil-təslimindən sonra onun yenidən siyasətə qayıdır. O, yeni prezident seçilmiş Co Baydenin Xəzinə Departamentinin katibi vəzifəsinə (Maliyyə naziri) gəlir. Co Bayden COVID-19 pandemiyası ilə mübarizəyə 1.9 trilyon dollarlıq yardım paketinin Canet Yellen tərəfindən bu gün Konqresdə dilə gətirəcəyi və “böyük addım atılması lazım olduğunu” deməsi gözlənir.

Donald Trampın hakimiyyəti dövründə dolların güclənməsinə qarşı olduğunu dəfələrlə bəyan etmişdi. İndi gözlənilir ki, C.Yellen yeni dollarla bağlı fərqli siyasət yürüdəcək.

“Ehtimallarımıza görə, Yellen güclü dollar siyasətinə inandığını bildirəcək” – deyə ING analitikləri qeyd edir.  Lakin, “bu açıqlamalar üzərində dolların ralliyə ehtiyac olub-olmadığı mövzusunda şübhəliyik”.

ABŞ dolları 2020-ci ilin sonunda böyük itkilərdən toparlanıb ilin əvvəlindən bu tərəfə əsas 6 rəqibi qarşısında 2%  bənd qazana bilib. Baydenin stimul planına cavab olaraq ABŞ xəzinəsi gəlirləri də artıb.

 

Son xəbərlər
Digər xəbərlər