®“Yelo Bank” ASC yeni inzibati binası üçün layihəyə uyğun elektrik quraşdırma işlərinin icrası məqsədilə açıq tender elan edir.
Texniki şərtlər tenderdə iştirikanı təsdiqləyən şirkətlərə elektron məktub vasitəsilə göndəriləcək.
- Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
– Qiymət təklifi
– İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
– Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
– Malların göndərilməsi, daşınmazı və quraşdırılması ilə bağlı hər hansı subpodratçıdan istifadə olunduğu halda bu subpodratçı haqqında məlumatlar
– Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahə üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)
– Tender qalibinin Yelo Bankda hesab açmasına dair sənədlər(Tender qalibi elan
olunduqdan sonra)
- Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:
– Təqdim ediləcək məhsulların keyfiyyəti
– Təklif ediləcək xidmət və ya məhsulun qiyməti
– İştirakçı şirkətin bu sahədə təcrübəsi
– Təqdim edilmiş məhsullara verilən zəmanət müddəti
– Müqavilənin icra müddəti
– Texniki servis xidmətinin müddəti
- Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı
- Tender təklifləri 11 fevral 2021-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
- Zərflərin hər küncü möhürlənməlidir.
- Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.
- Ödəniş və digər şərtlər
– Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% – ə qədər ilkin ödəniş edə bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir.
– Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 5-10%-i həcmində Bank zəmanəti təqdim etməlidir.
– Tender iştirakçıları keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.
– Təklif avadanlıqların çatdırılma və quraşdırma qiymətlərini özündə əks etdirməlidir.
– Təklif qiyməti bütün vergilər daxil AZN-lə təsvir olunmalıdır.
– Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
- Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
- Ödəmə qabiliyyəti olmalı;
- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı;
6 .Satınalan təşkilatın ünvanı
- Bakı ş. Puşkin küçəsi 30, AZ1010
- Əlaqələndirici şəxs:
1)Nigar Baxşiyeva
İnzibati və Təchizat departamentinin
Aparıcı mütəxəssisi
+99412 981 daxili 1902
+9455 4577616