19 C
Baku
Sunday, May 19, 2024

“Yelo” şirkətlərdən cəlb etdiyi depozitləri son bir ildə 5 dəfə artırıb

“Yelo Bank” ASC son bir ildə şirkət və təşkilatlardan cəlb etdiyi depozitlərin həcmini kəskin artırıb.

Banker.az xəbər verir ki, bu barədə bankın 2023-cü il üzrə maliyyə hesabatında bildirilib.

Hesabata müddətinin əvvəlində bankın hüquqi şəxslərdən cəlb etdiyi depozitlərin həcmi 136.43 mln. manat olduğu halda, ilin sonuna 720.59 mln. manat üzərinə çıxıb.

Bu son bir ildə bankın müvafiq portfelinin 5 dəfədən çox genişlənməsidir.

Beləliklə, bankın müddətin sonuna olan cəmi depozit portfeli 1,292.02 mln. manatdır. Depozitin qalan 571.43%-i fiziki şəxslərin depozitləridir.

Kommersiya bankının depozitlərində xarici valyutanın payı yüksəkdir. Depozit portfelində 612.1 mln. manatı milli valyutada olsa da, manat ekvivalenti ilə 130.23 mln.-u ABŞ dollarında 13.57 mln.-u avroda və 536.11 mln.-u “digər” valyuta kimi göstərilir. Yüksək ehtimalla bu rublla olan hissəsidir.

Bankın əhali və şirkətlər qarşısındakı öhdəliyinin böyük hissəsi müddətlidir. Belə ki, müddətli depozitlərin həcmi 693.49 mln. manatdır.  Bu depozitlərin böyük hissəsi 6 aydan yuxarı olan depozitlərdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər