Dondurma
Dünyanın ən bahalı dondurması Nyu-Yorkun “Serendipity 3” restoranında verilir. 25 növ kakaodan hazırlanmış, üzəri kremlə, yeyilə bilən qızılla bəzədilmiş dondurma qızıl vazada və üzəri almazlarla bəzədilmiş qızıl qaşıqla təqdim edilir. Bu dəbdəbəli dondurmanın qiyməti isə 25 min dollardır. Yeri gəlmişkən, müştəri dondurmanın boş qabını özü ilə apara bilər.
Ət
Dünyanın ən bahal əti – mərmərləşmiş mal ətidir. Bu ət Yaponiyanın Vaqiu inək cinsindən olmalıdır. Yüz illər boyunca bu inəklər yalnızca Yaponiya yetişdirilirdi. Burada bu cins inəklərə xüsusi hörmətlə rəftar edirdilər. Yaponlar bu inəkləri ən yaxşı otlarla yemləyir, hər gün sake içkisi ilə masaj edir və pivə içirirdilər. Bu inəklərin ətindən hazırlanmış filenin 200 qramı Avropada 100 dollardan baha satılır.
Kürü
Dünyanın ən bahalı kürüsü heç də hamımızın düçündüyü kimi qara kürü deyil. Dünyanın ən bahalı kürüsü İrandan xarici ölkələrə idxal edilən “Almaz” adlı kürüdür. Bu kürü albinos ağbalıqdan əldə edilir. Saf qızıldan hazırlanmış bir bankada satışa çıxarılan bu kürünün 100 qramı sizə təqribən 2 min dollara başa gələcək.
Kartof
Nurmuate adasında yaşayan bacarıqlı kəndlilər hər il 100 tondan çox “La Bonnotte” adlı kartof növü yığırlar. Dünyanın ən bahalı bu kartofunun 1 kiloqramı təqribən 500 avrodur.
Pivə
Dünyanın ən bahalı pivəsi – belçikalı “Vieille Bon Secours” pivəsidir. Bu pivəni Bierdrome adlı London barından əldə etmək mümkündür və 1 şüşənin qiyməti təqribən 1000 dollardır.