Gələn ildən Azərbaycanın heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı 4 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.
Report agentliyi xəbər verir ki, bu məsələ “Vergi Məcəlləsinə dəyişiklik edilməsi” barədə qanun layihəsində öz əksini tapıb.