2 C
Baku
Saturday, December 14, 2024

Yeni biznes yaradanlar ilk növbədə nələri nəzərə almalıdır?

Fəaliyyət növünüz nə qədər çox olarsa, bir o qədər yaxşıdır:

Yeni yaradacağınız biznes geniş spektrdə məhsul və yaxud xidmət sahəsini əhatə edə bilər. Burada düşünə bilərsiniz ki, fəaliyyət sahəniz nə qədər geniş olarsa, biznesiniz bir o qədər sabit olar. Belə ki, biznesinizin bir sahəsi qaydasında getməsə, narahat olmağa dəyməz. Çünki əlavə olaraq digər növləriniz var. Burada açar söz “çox” deyil, “bunu yaxşı şəkildə etmək”-dir. Bəs nə daha sabit olacaq? Çox sayda orta səviyyəli məhsul və yaxud xidmət və ya 1 keyfiyyətli məhsul və yaxud xidmət.

Biznes haqqında düşünün, imkanları qaçırmayın:

Ətrafımızda çoxlu sayda imkan var. Bu biznesi idarə etmə texnologiyası və müxtəlif ideyalar ola bilər. Bu zaman yaxşını pisdən ayırd etməyi bacarmalısınız. Lakin bununla belə hər hnası imkanın faydalılığını dəyərləndirmək üçün ona həddindən artıq zaman ayırmaq lazım deyil. Bununla belə, bu o demək deyil ki, marağınızı çəkən hər bir şeyin üzərinə dərhal olaraq atılmalısınız. Suallar verin və araşdırma aparın. Yaxşı halda son nəticədə nə əldə edəcəyinizi biləcəksiniz.

Sevdiyiniz işi davam edə bilərsinizmi?:

Bizlərdən hər birimizin sevimli məşğuliyyətimiz var. Bir çoxları öz bizneslərini məhz olaraq sevdikləri məşğuliyyətlər üzərində qururlar. Onlar gördükləri işi sevə bilərlər, lakin biznes prosesi ilə məşğul olmaq istəmirlər.Onlar sadəcə olaraq sevdikləri işlə məşğul olmaq və biznes haqqında düşünmək istəmirlər. Əgər bu xüsusiyyətlər sizə də aiddirsə, işə menecer cəlb etmək və yaxud biznesinizin qayğısına qalmağa başlamaq lazımdır. Əgər biznesinizin qayğısına qalmasanız, sevdiyiniz işlə məşğul ola bilməyəcəksiniz!

Sevmədiyiniz işlə məşğul olmaq:

Bəzən sevmədiyimiz tapşırıqları həll etməyə məcbur oluruq. Bu zaman bu işi gördüyümüzə görə təəssüflənirik. Bu fikirlər beynimizi bu tapşırığı təxirə salmaq üçün yollar axtarmağa və yaxud ümumiyyətlə onu icra etməməyə məcbur edir. Daha sonra isə bu tapşırığı həll etmədiyimizə görə problemlər yaranır. Problemlərdən qaçmağın ən yaxşı yolu, onu bacardığımız qədər yaxşı şəkildə həll etməliyik. Onun həll yolları barədə düşünün. Tapşırığı bacardığınız ən yaxşı şəkildə həll etdikdə onun əvvəlcədən düşündüyünüz qədər də cansıxıcı olmadığına əmin olacaqsınız.

 Reallıqda yaşayın:

Bu əsasən müəssisənin yaradılma prosesi uzun müddət tələb etdikdə və çətinliklə həyata keçdikdə edilməlidir. İndiki dövrdə yaşayın. Həddindən artıq uzaq gələcəyə nəzər salmayın. İndiki dövrdə yaşamaq bütün diqqətinizi hazırda gördüyünüz cəmləməyə kömək edəcək. Geriyə nəzər saldıqda uzun yol qət etdiyinizi və fasiləyə ehtiyacınızın olduğunu düşünəcəksiniz. Həddindən artıq uzaq gələcəyə baxdıqda isə arzusunda olduğunuz müəssisənin yaradılması üçün hələ uzun yol qət etməli olduğunu görəcəksiniz. Buna görə də, bədbinliyə qapıla və yarı yolda dayanmaq istəyə bilərsiniz.

Qorxularınızı uzaqlaşdırın:

Qorxularımız bizim şüuraltımızda yaşayır. Ola bilsin, onlar hələ siz uşaq ikən yaranıblar, yaxud da çətin həyati sınaqların nəticəsində peyda olublar. Onların necə yarandığı əslində elə də vacib deyil. Yadda saxlayın ki, bu ancaq fikirdir və bundan artıq deyil! Həyatda edə biləcəyiniz bir çox şey var, lakin qorxu səbəbindən etmirsiniz! Öz qorxularınıza qalib gəlməlisiniz. Mənfi emosiyaları nə qədər çox uzaqlaşdıra bilsəniz, biznes və şəxsi həyatınız bir o qədər güclü xarakter alacaq. Qorxduğunuz cəhətləri yerinə yetirməsi üçün işə başqa bir şəxs cəlb etsəniz, ikiqat artıq işləyəcək və az nəticə əldə edəcəksiniz. Siz lokomotiv olmalı və nə etmək istədiyinizi izah etməli və bundan sonra işi sizin qədər edə biləcək ambisiyalı bir şəxsi işə götürməlisiniz.

Son xəbərlər
Digər xəbərlər