30 iyun 2017-ci il tarixində “Ernst&Young” Audit Şirkətinin eksperti bank nümayəndələrinə “IFRS 9” standartı ilə əlaqədar təlim keçib. Bu barədə ABA məlumat verir.
Bu təlimlər Azərbaycan Banklar Assosiasiyası ilə “Ernst&Young” Audit Şirkətinin əməkdaşlığı əsasında təşkil edilir.
Təlimçi 2004-cü ildən bəri “Ernst&Young” Audit Şirkətində fəaliyyət göstərən PAŞA Bank, AccessBank, Yapi Kredi Bank, Expressbank və s. maliyyə şirkətləri birgə çalışmış Yokub Sharafitdinov olub.
Qeyd edək ki, “IFRS 9” standartları Azərbaycan bankları üçün 2018-ci ildən etibarən məcburi xarakterli olacaqdır.