14 C
Baku
Thursday, April 25, 2024

Yeni iPhone 12 oktyabrın 13-də təqdim ediləcək

“Apple” şirkəti yeni iPhone 12 smartfonunun təqdimatına hazırlaşır. Verilən məlumata görə, tədbir oktyabrın 13-də keçiriləcək. Banker.az xəbər verir ki, smartfonla yanaşı, AirTag və AirPods Studio məhsullarının təqdim edilməsi gözlənilir.

Qeyd edək ki, iPhone 12 modelini təqdimatdan dörd gün sonra, yəni oktyabrın 16-dan sifariş etmək mümkün olacaq. Bu barədə Niderlandın telekommunikasiya operatorunun işçilərindən biri məlumat verib.

Xatırladaq ki, “Apple”in daha əvvəl verdiyi məlumata görə, şirkət yaxın zamanda iPhone 5G smartfonunu buraxmağı planlaşdırır. Onun sözlərinə görə, bu, 5G texnologiyasının inkişafı üçün böyük təkan olacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər