Yaxın zamanda iPhone 12 seriyasının təqdim olunması gözlənilir. Baxmayaraq ki, internetdə sözügedən smartfon seriyası barəsində çoxlu sayda məlumat var, onlardan hələ heç biri rəsmi şəkildə təsdiqlənməyib. Məsələn, son bir neçə ay ərzində insayderlər iPhone 12 modellərinin qiymətləri ilə bağlı müxtəlif məlumatlar verirdilər. Yeni məlumata əsasən isə bu ilki iPhone modelləri keçən ilki modellərdən daha bahalı olacaqlar. Bu barədə Gizchina saytı xəbər verib.
Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, iPhone 12-nin qiyməti 549$-dan start götürə bilər. Söhbət, 5.4 düym ekrana sahib iPhone 12 nin 4G versiyasından gedir. Bu halda smartfonun 5G dəstəkli versiyası 649$-a satılmalıdır. Bununla yanaşı belə bir məlumat da yayılmışdı ki, Apple şirkəti adi iPhone 12-nin qiymətini keçən ilki iPhone 11-in qiymətində satacaq. Yəni 699$-a. Lakin insayderlərin verdikləri yeni məlumatlara əsasən bu ilki iPhone modellərinin qiymətlərində artım olacaq.