22 C
Baku
Friday, April 26, 2024

Yeni kollektivdə necə “sağ qalmaq” olar?

Gülümsəyin. Amerikanların daim gülümsəmək qaydası işə yeni başlayanlara çox yaraşır. Sizdə hər şey əladır, özünüzə və gücünüzə inanırsınız və yeni maraqlı işə gümrah şəkildə başlamağa hazırsınız.

 “Orta həddi” qoruyun. Mehriban, səmimi və ünsiyyətcil olun. Lakin eyni zamanda məsafəni də qorumağı unutmayın. Yadda saxlayın ki, hər kəsin öz rahatlıq zonası var. Bir şəxs sizə 10 dəqiqə ərzində sizinlə səmimiyyət yarada biləcəyi halda, bir şəxs də bunu bir neçə gün ərzində edə bilər.

İşlə tanış olun. Hər şeydən öncə öz öhdəliklərinizi dəqiqliklə öyrənin. Sizdən nə gözlədiklərini dəqiq bilməlisiniz. İşiniziz qiymətləndirilmə kriteriyalarını da öyrənməyi unutmayın. Bir şirkətdə nəticə əsas olduğu halda, digər şirkətdə işə vaxtında gəlmək yüksək qiymətləndirilə bilər.

Suallar verin. Rəhbərinizə və yaxud iş yoldaşınıza sual verməkdən çəkinməyin. Yadda saxlayın: axmaq sual verməkdən, ağıllı isə bilməməkdən utanar.

Özünüzü yeni kolleqalarınıza təqdim edin. Qısa və səmimiyyətlə özünüzü təqdim edin, yeni kollektivə uyğunlaşmaq üçün onların özündən kömək istəyin.

İlk olaraq siz salamlaşın
. Bu nəzakəkli olmağın ən sadə qaydasıdır.

Ciddi geyinin. Məşhur bir deyimi yada salın: “İnsanı geyiminə görə qarşılayarlar…”.

Yardım əlinizi uzadın. Kolleqalarınızın üzləşdiyi problemi həll etmək üçün siz də təşəbbüs göstərə bilərsiniz. Bu iş yoldaşınızın həm şəxsi, həm də işlə bağlı yaranmış hər hansı bir problemi ola bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər