12 C
Baku
Wednesday, December 11, 2024

Yeni nəsil kassa aparatları yeni nəsil cərimələr yaradıb

Dünən bir sahibkar bir problemlə bağlı mənə müraciət etdi. Müraciətini pərakəndə ticarətdə quraşdırılan yeni nəsil kassa aparatları ilə əlaqələndirmişdir. Belə ki, işlətdiyi mağazaya vergi orqanın işçiləri daxil olaraq operativ nəzarət tədbirləri həyata keçiriblər. Yoxlama nəticəsində mağazanın satıcısı bir müştəriyə 38 min manat mal satılmasını əsas gətirərək, satışı qaimə ilə etmək lazım deyərək, sahibkara cərimə protokolu yazıblar. Sahibkar qeyd edir ki, qanunda limitlə bağlı bir qeyd yoxdur. Vergi işçisinin məni cərimə etməsi düzgün deyil. Birinci quraşdırılmış yeni nəsil kassa aparatları bərbad formadadır. Bərbadlığı nə ilə bağlıdır? Enerji daşında problem, şəbəkədə problem, üstündəki düymələrdə problemlər var. Misal olaraq: 3 manat 8 qəpiklik mal satıram. Əlin digər düyməyə dəydi 308 manat məbləğ gedir. Gözündən qaçdısa sonda məbləğ böyüyür. Bu isə əlavə sanksiyalara gətirib çıxarır. Yeni nəsil kassa aparatlarını gətirirlər mağazaya. Kassa aparatlarının işlədilməsi ilə bağlı təlim belə keçmirlər. Qaldı ki, mənim cəriməmə bu əsaslandırılmış şəkildə qeyd olunmayıb. Qanunvericilikdə şübhə yaranarsa yoxlama həyata keçirə  bilər məsələsi olsa da, konkret kassa aparatları ilə bağlı limit yoxdur. Hansı məbləğdən yuxarı qaimə faktura yazılmalıdır. Ümimiyyətlə şikayət veriləndə belə, şikayətə baxılma tərəfdən biganəlik çoxdur. Vergi işçilərinə böyük səlahiyyətlər verilib. Bu  səlahiyyətlərindən də, onlar geniş istifadə edirlər. Digər məqamlar isə şikayət veriləndə, əksinə sahibkar daha çox əziyyət çəkir. Bu baxımdan da bəzi sahibkarlar bunları görüb, yaranmış vəziyyətin sonuna getmirlər.

Qanunvericilik

Yuxarıda qeyd olunan hissə sahibkarın şikayəti idi. Sahibkarın qeydində bəzi hissələrlə razılaşmaq olar. Həqiqətən də, yeni nəsil kassa aparatlarında problemlər mövcuddur. Bunu vergi orqanın səlahiyyətli şəxsləri də etiraf edirlər. Tədricən bu işlərin görüləcəyini qeyd edirlər. Digər şikayət limin olmaması ilə bağldır. Qanuna nəzər yetirək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarına əsasən

Pərakəndə alqı-satqı müqaviləsində, o cümlədən istehlakçının qoşulduğu standart formaların şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa, alqı-satqı müqaviləsi satıcının istehlakçıya kassa və ya əmtəə çekini və ya malın dəyərinin ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış hesab edilir.

Satılan malın pulu ödənilərkən, istehlakçıya malın satıldığını təsdiq edən qanunvericilikdə nəzərdə tutulmuş qəbz, kassa çeki və ya digər yazılı sənəd verilməlidir.

İstehlakçıda malın alınmasını və şərtlərini təsdiq edən kassa və ya əmtəə çekinin, yaxud digər sənədin olmaması istehlakçının tələblərindən imtina üçün əsas ola bilməz və bu onu müqavilənin bağlanması şərtlərini təsdiq edə biləcək şahid ifadələrinə istinad etmək imkanından məhrum etmir.

Alınmış və saxlanılmağa qoyulmuş mallara kassa çekinin və saxlanma müddəti göstərilməklə verilmiş qəbzin surəti əlavə edilir, malın üzərində “satılıb” sözü əks olunan lövhə qoyulur. Saxlanılmağa verilmiş müddətdə satıcı malın saxlanılmasına və keyfiyyətinə görə məsuliyyət daşıyır.

Vergi Məcəlləsinin 13.2.24 maddəsinə əsasən nəzarət-kassa aparatı – malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləridir.

Vergi Məcəlləsinin 16.1.8. maddəsinə əsasən aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək: 

16.1.8.1. qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda);

16.1.8.2. kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;

16.1.8.3. səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;

16.1.8.4. qiymətli kağızların və lotereya biletlərinin satışı;

16.1.8.5. elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti;

Vergi orqanının baxışı

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) verilir.

Elektron qaimə-faktura təqdim edildiyi halda NKA çekinin təqdim olunması tələb olunmur. Elektron qaimə-faktura təqdim edilmiş mala görə nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim olunur.

Eyni zamanda, “malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-faktura mallar göndərilən (verilən) vaxt təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.62-ci, 71-1-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

Topdan satış

İstehlak məqsədilə malların təqdim edilməsi pərakəndə ticarət qaydasında satış hesab olunur və həmin şəxslərə nəzarət-kassa aparatının çeki təqdim edilməlidir.

Həmçinin bildiririk ki, topdansatışla məşğul olan müəssisə eyni zamanda pərakəndə qaydada satışla məşğul olduqda, fəaliyyət yeri üzrə vergi orqanına pərakəndə satış obyektini ayrıca uçota qoymaq üçün “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” təqdim etməli, təsərrüfat subyektində yerinə yetiriləcək əsas və digər fəaliyyət növləri ilə yanaşı vergi ödəyicisi tərəfindən pərakəndə satışa uyğun fəaliyyət növü haqda vergi ortqanına məlumat təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.62-ci, 13.2.63-cü, 16.1.8-ci, 33-cü, 34-cü maddələri.

Ekspert baxışı

Göründüyü kimi şikayətçi qaimə faktura o vaxt tərtib edə bilərdi ki, o malı sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura

Əgər elektron qaimə-faktura təqdim edildiyi halda NKA çekinin təqdim olunması tələb olunmur. Elektron qaimə-faktura təqdim edilmiş mala görə nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim olunur.

Digər ehtimal olunan məqam bir nəfərə böyük məbləğdə mal satılması ilə bağlıdır. Ola bilər ki, sahibkarın fəaliyyətini topdansatış fəaliyyət kimi qiymətləndiriblər. Yəni şəxs həm pərakəndə, həm də topdansatışla məşğul olub. Bu halda yuxarıda qeyd olunduğu ki, əlavə sənədlər verilməlidir.

Nəticə

Mövcud qeydlərə əsasən mağaza sahibi yazılmış protokoldan şikayət etmək hüququna malikdir. Şəxs şikayət verilməklə cəriməni ləğv etdirə bilər.

İqtisadçı – ekspert Rauf Qarayev.

Son xəbərlər
Digər xəbərlər