“Milli Məclis ölkədə həyata keçirilən iqtisadi islahatlar çərçivəsində büdcə siyasəti ilə bağlı qanunvericilik bazasının formalaşmasında mühüm rol oynayır”.
Bunu 23 saylı Nəsimi-Səbail seçki dairəsindəki 4 saylı məntəqəsində səs verən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
“Yeni parlamentdən də iqtisadi inkişafımızın yeni bir mərhələsinə uyğun olaraq qanunvericiliyin təkmilləşdirilməsini gözləyirik”, – o qeyd edib. /Report