Yapon astronomları Günəş sistemində Kuiper qurşağında yerləşən Yerə bənzər doqquzuncu planetin mövcudluğuna dair mümkün sübutlar aşkar ediblər.
Araşdırmanın nəticələri “The Astronomical Journal”da dərc olunub.
Kuiper qurşağı günəş sisteminin Neptun orbitindən kənarda yerləşən bölgəsidir ki, orada çoxsaylı trans-Neptun cisimlərinin (TNO) – asteroidlərin, kometlərin və buzdan ibarət digər kiçik cisimlərin orbitləri yerləşir.
Alimlər çoxlu sayda kiçik cisimlərin Yerdən daha çox meylli orbitlərə sahib olduğunu aşkar ediblə. Kompüter simulyasiyalarının müşahidələrinə görə, ən çox ehtimal edilən izahı Kuiper qurşağında yerləşən planetdir. Yerdən 1,5-3 dəfə çox kütləə, təxminən 30 dərəcə orbitə meyllidir. Bundan əlavə, bu ssenari 150 AB-dən çox məsafədə yerləşən yeni TNO populyasiyalarının mövcudluğunu da proqnozlaşdırır.