Aerion Supersonic şirkəti yeni qeyri-hərbi ultrasəs təyyarəsinin sınağına başlayıb.
Təyyarənin ilk uçuşu 2025-ci ildə baş tutacaq.
Layihə AS2 adlanır. Hazırda Aerion Supersonic mütəxəssisləri Onera aerokosmik tədqiqatlar Mərkəzinin iştirakı ilə Fransada təyyarənin testlərini keçirirlər. Bu testlər sayəsində, aviasiya şirkətinin mühəndisləri m=3 uçuş sürətini təqlid edə biləcəklər. Bu isə onlara təyyarənin aerodinamik keyfiyyəti və müxtəlif uçuş rejimlərində təyyarənin manevriliyi kimi parametrlərini qiymətləndirməyə imkan verəcək.