13 C
Baku
Friday, April 26, 2024

Yeni Zelandiya da uçot faiz dərəcəsi ilə bağlı əyləci sıxmağa başlayır

Bu gün Yeni Zelandiyanın mərkəzi bankı uçot faiz dərəcələrini yeddi ilin ən yüksək səviyyəsinə qaldırdı və alovlanan inflyasiyanı soyutmaq üçün mübarizə apararkən iqtisadiyyat üçün daha çox ağrı olacağını vəd edib.

Banker.az xəbər verir ki, Yeni Zelandiya Ehtiyat Bankının (RBNZ) Siyasət Komitəsi uçot faiz (nağd pul) dərəcəsini 50 baza bəndi artıraraq 3.5%-ə yüksəldib, bu da 12 ay ərzinkində beşinci belə böyük artım qərarıdır.

Komitə hətta iqtisadiyyatdakı sıx qiymət təzyiqləri nəzərə alınmaqla 75 baza bəndi artımın olub-olmamasını müzakirə edib, lakin yarım bəndlik bir hərəkətə qərar verib.

“Komitə qiymət sabitliyini qorumaq və maksimum dayanıqlı məşğulluğa töhfə vermək üçün pul şərtlərini sürətlə sərtləşdirməyə davam etməyin məqsədəuyğun olduğunu qəbul edib” – deyə, RBNZ İdarə Heyətinin sədri Adrian Orr deyib.

Bankir əlavə edir ki, “əsas istehlak qiymətləri inflyasiyası çox yüksəkdir və əmək resursları azdır”.

Bir gün öncə coğrafi və iqtisadi baxımdan ona yaxın olan Avstraliya Ehtiyat Bankı faizləri ötən gün 50 baza bəndi artıma gedəcəyi halda 25 baza bəndi artıma endirib. RBNZ bir qədər bu istiqamətdə daha sərt kimi görünür.

Buna birja Y.Zelandiya dolları 0.9% bahalaşma ilə 0.5782 dollara yüksəltməklə reaksiya verib, iki illik svop dərəcələri isə 6 baza bəndi artaraq 4.51%-ə yüksəldi. Qiymətlər 2001-ci ildən bəri ən böyük gündəlik enişlə çərşənbə axşamı günü 25 baza bəndi düşmüşdü.

Birjalarda RBNZ-nin noyabr ayında keçiriləcək növbəti iclasında daha 50 baza bəndi artırması və may ayına qədər 4.5% zirvəsinə çatması ehtimalı 60%-dən daha yüksək idi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər