8 C
Baku
Wednesday, November 30, 2022

Yeni Zelandiya Rusiyanın 14 vətəndaşı və 7 qurumuna sanksiya tətbiq edib

Yeni Zelandiyanın xarici işlər naziri Nanaya Mahuta Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəkləyənlərə qarşı növbəti sanksiyaları açıqlayıb. Bu barədə Yeni Zelandiya hökuməti məlumat yayıb.

Bu dəfə diqqət Rusiyanın müdafiə və təhlükəsizlik sektorlarına yönəlib.

“Rusiyanın Ukraynaya qanunsuz və əsassız işğalı və davam edən təcavüz aktları onun böyük protaqonistlər dairəsindən ibarət şaxələnmiş hərbi-sənaye şəbəkəsi sayəsində mümkün olur. Bu gün biz Ukraynaya davamlı dəstəyimiz çərçivəsində 14 fiziki şəxsə və 7 quruma sanksiya tətbiq edirik. Qrupa hərbi qulluqçular, müdafiə qurumları və rəhbər şəxslər, Rusiya tərəfindən idarə olunan dezinformasiya vasitələri, hərbiləşdirilmiş təşkilat və onun yüksəkrütbəli komandirləri daxildir. Onlara raketlər və odlu silahların hazırlanması və istehsalı ilə məşğul olan şirkətlərin rəhbərləri və səhmdarları, həmçinin “Vaqner” muzdlular qrupu ilə əlaqəli neonasist hərbiləşmiş birləşmələrin üzvləri daxildir”, – nazir qeyd edib.

Eyni zamanda “İnfoRos” xəbər agentliyi və Rusiyanın hərbi kəşfiyyatı tərəfindən idarə olunan kiber əməliyyat və Krımda yerləşən “NewsFront” təbliğat portalı da daxil olmaqla, Rusiya dezinformasiya vasitələri də sanksiyaya məruz qalıb:

“Bu şəxsləri və qrupları hədəfə alaraq Yeni Zelandiya Rusiyanın Ukraynada qanunsuz və əsassız hərəkətlərinə yardımçı olmaqda rol oynayanları pislədiyini açıq şəkildə bildirir. Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı mülki hədəflərə nizamsız şəkildə hücumları və geniş miqyasda dağıntıları ilə bağlı davamlı xəbərlər dərin narahatlıq doğurur. Rusiya Federasiyası öz müdafiə sektorunun dəstəyi ilə Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasına görə məsuliyyət daşıyır ki, bu da beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Yeni Zelandiya Rusiyanın Ukraynadakı şəhərlərdə mülki şəxsləri və mülki infrastrukturu hədəf alan son hücumlarından xüsusilə narahatdır”.

Bu günə qədər rəsmi Velinqton Rusiyanın 1 200-dən çox fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib və ölkədən Rusiyaya ixracının və Rusiyanın Yeni Zelandiyaya idxalının kəskin şəkildə azalmasına səbəb olan misli görünməmiş ticarət məhdudiyyətləri uyğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X