8 C
Baku
Friday, December 13, 2024

Yeni Zelandiya tarixin ən böyük faiz artımına gedib

Yeni Zelandiyanın Ehtiyat Bankı 2023-cü ildə tənəzzülü proqnozlaşdırıb və uçot faiz dərəcəsini 75 baza bəndi artıraraq 4.25%-ə çatdırıb. Bu barədə tənzimləyicinin saytında məlumat verilib.

Bank daha əvvəl uçot dərəcəsinin 4%-də dayanacağını proqnoz etsə də, indi 2023-cü ildə 5.5%-ə çataraq artmağa davam edəcəyini gözləyir. Faiz artımı hazırda 7.2% olan inflyasiyanın aşağı salınmasına yönəlib.

Bundan əlavə, bank “dayaz resessiya” barədə də xəbərdarlıq edib. Tənzimləyici ÜDM 2023-cü ilin ikinci rübündə təxminən 0.5%, sonra isə daha 0.3% azalacağını deyib.

Xatırladaq ki, oktyabr ayında Yeni Zelandiya uçot dərəcəsini 50 əsas bənd artıraraq 3.5%-ə çatdırıb.

Son xəbərlər
Digər xəbərlər