4 C
Baku
Friday, March 29, 2024

Yeni Zelandiya vətəndaşlarını İran ərazisini tərk etməyə çağırıb

Yeni Zelandiyanın Xarici İşlər Nazirliyi vətəndaşlarını İrana səfərdən imtina etməyə, bu ölkənin ərazisində olanları isə tezliklə vətənə dönməyə çağırıb.

Bunu Yeni Zelandiyanın xarici işlər naziri Nanaiya Mahuta bəyan edib.

Nazirin hökumətin saytında yerləşdirilmiş bəyanatında qeyd edilir ki, Yeni Zelandiya vətəndaşlarına İran ərazisində baş verən qarışıqlıq, saxlanılmaq və ya həbs olunmaqla bağlı risklər və regionda təhlükəsizliklə əlaqədar bu ölkəyə səfərdən imtina etmək tövsiyə olunur.

Son günlər İran hökuməti tərəfindən saxlanılan əcnəbi vətəndaşların sayının artdığını qeyd edən M.Mahuta bu ölkədə olan yeni zelandiyalılara nümayişlərdən və ictimai tədbirlərdən uzaq olmağı məsləhət görüb.

Bu ərəfədə bir sıra Avropa ölkələrinin Xarici İşlər nazirlikləri də öz vətəndaşlarını İrana səfərdən imtina etməyə çağırıb. Buna səbəb kimi, həmin ərazidə əcnəbilərin həbsləri göstərilir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər