Yeni Zellandiyanın Azərbaycana yeni təyin olunan səfiri Vendi Hinton etimadnaməsini Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin rəisi Ramil Rzayevə təqdim edib.
Bunu diplomat tvitterdə yazıb.
“Səmimi söhbət üçün təşəkkür edirəm”, – o vurğulayıb.
Qeyd edək ki, Vendi Hinton, həmçinin Yeni Zellandiyanın Türkiyə, İsrail və İordaniyadakı səfiridir. O, əvvəllər Polşa və Ukraynada səfir olub.