Yerevanda HSBC bankının filialına silahlı hücum nəticəsində təhlükəsizlik xidmətinin bir əməkdaşının öldüyü, birinin yaralandığı bildirilir. Polisin ilkin məlumatlarına görə, hadisə zamanı bir polis əməkdaşı da yaralanıb.
Polis mətbuat xidmətinin məlumatına görə, saat 14:25 radələrində bıcaq, tüfəng və qumbara ilə silahlanmış naməlum şəxs banka daxil olub və təhlükəsizlik xidməti əməkdaşını atəşlə öldürüb.
Çağırışa gələn polislə banka hücum edən şəxs arasında atışma nətincəsində bir polis əməkdaşının yaralandığı xəbər verilir.
Məlumata görə banka Yol Hərəkəti Qaydalarının Pozulmasının Qeydiyyatı Mərkəzinin rəisi polkovnik Daniel Danielyan hücum edib.