8 C
Baku
Friday, December 13, 2024

İş yerindən arayışların verilməsi ləğv olunacaq

Əmək müqavilələrin elektron məlumat sisteminin tətbiq edilməsi ilə Azərbaycanda daha iş yerindən və əmək haqqının məbləği barəsində arayışlar verilməyəcək.

Bu haqda Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi xəbər verib.

Nazirlik artıq hökumətəəmək müqavilələrinin elektron informasiya sisteminin təşkil olunması qaydalarını  və istifadə prosedurunu təqdim edib.

Qaydaların təsdiq edildiyindən sonra qısa müddət ərzində elektron hökümət portalı vasitəsi ilə əmək müqavilələrinin elektron məlumat sisteminin idarə olunması təmin olunacaq.

Elektron məlumat sisteminin fəaliyyəti, ilk növbədə, işçilərin haqlarını təmin etməkdən ibarət olacaq.

Əmək məcəlləsində edilmiş dəyişikliklərə əsasən 2014-cü ilin 1 iyuluna qədər Azərbaycanda işə götürənlər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron məlumat sisteminə fəaliyyərtdə olan bütün əmək müqavilələri haqqında məlumatları daxil etməlidirlər. Əks halda, onları 7 mindən 10 min manata qədər cərimə və yaxud 3 il müddətində azadlıqdan məhrum edilmə cəzası gözləyir.

Son xəbərlər
Digər xəbərlər

3 ŞƏRH

Comments are closed.