19 C
Baku
Cümə axşamı, May 26, 2022

Yerli banklar əllərindəki pulu çox ucuz faizlə Mərkəzi Banka “borc” verdilər

13 aprel 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50301996S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə Banker.az-a BFB-dən bildirilir.

Hərrac zamanı 11 yerli bank tərəfindən qiymət intervalı 97.2763 (6%) və 98.4155 (3.45%) olan 17 sifariş təqdim edilib

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 189 414 200  manat olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.3974 (3.49%), orta ölçülmüş qiyməti isə 98.3991 (3.49%) olaraq müəyyən edilib. AMB-nin son təşkil etdiyi hərraclara nəzər saldıqda 168 günlük notlar üzrə ən aşağı gəlirli borc cəlbidir. Məsələn, ilin başlanğıcənda 5.75%, fevral ayında 4% və aprelin 6-da isə 3.84% orta ölçüdə idi. Mərkəzi Bank 18 martdan faizləri yüksəldib, lakin bankların tələbə daha böyük təklifi nəticəsində gəlirlilik aşağı enir.

321311212

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000.00 manat təşkil etmişdir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Notların ödəmə tarixi 28.09.2022-ci ildir.

Son xəbərlər
Oxşar xəbərlər