Bu ilin yanvar ayında Çin iqtisadiyyatına qoyulan əcnəbi sərmayələrin həcmi 12,68 milyard ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,2 faiz çoxdur.
TASS xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin hesabatında bildirilir.
Bütövlükdə ötən ilin son aylarında əldə edilmiş dinamikanın davam etdiyi qeyd olunan sənəddə təqdim edilən rəqəmlərin bank və sığorta sektorlarında, qiymətli kağızlar bazarında vəsait hərəkətlərini nəzərə almadığı da vurğulanır.
Beləliklə, ötən ay yüksək texnologiyalar sahəsinə yatırılan xarici sərmayələrin həcmi 27,9 faiz artaraq 31,35 milyard yuan (4,49 milyard ABŞ dollarına yaxın), modern texniligiya sahəsinin xidmətlərinə isə 44,5 faiz artaraq 22,95 milyard yuan (3,28 milyard dollar) təşkil edib. Həmçinin qabaqcıl elm tutumlu istehsalat sahələrinə 8,4 milyard yuan (1,2 milyard dollar) sərmayə yatırılıb.
Bununla yanaşı, əczaçılıq sahəsində əcnəbi sərmayələrin həcmi 10,5 faiz, tibbi avadanlıqlar sahəsinə 118,9 faiz, telerabitə xidmətləri sahəsinə 56,6 faiz, elmi tədqiqatlara 39,2 faiz artıb.
Hesabata görə yanvar ayında Koreya Respublikası mənşəli sərmayələrin həcmi 157,1 faiz, Yaponiya mənşəli 50,2 faiz, Sinqapur mənşəli 40,6 faiz artıb. Həmçinin “Kəmər və Yol” təşəbbüsünün iştirakçı ölkələrindən gələn sərmayələr 31,3 faiz, Cənub-Şərqi Asiya Millətləri Asosiasiyası (ASEAN) ölkələrindən isə 44,8 faiz artıb.
©Report