22 C
Baku
Thursday, April 25, 2024

Yuanın qiyməti 11 illik minimuma düşüb

Cümə axşamı günü yuanın qiyməti 11 illik minimuma düşüb. Bunun əsas səbəbi iqtisadı artım tempinin yavaşaması ilə əlaqədar olaraq yaranan narahatlıqlar olmuşdur.

Banker.az bu barədə Reuters-ə istinadən xəbər verir.

Hal-hazırda Çinin milli valyutasının qiyməti 7,0752 yuan təşkil edir və bu, 2008-ci ildən bəri ən aşağı göstəricidir. 

Yuanın düşməsi və Hong Kongda etiraz aksiyalarının baş tutması, Avstraliya və Yeni Zelandiya dollarının da düşməsinə səbəb olub. 

Dolların yenə nisbəti 0,3% düşərək 106,31 yen təşkil edib. 

Avstraliya dolları 0,24% düşərək 0,6765 dollar təşkil edib. 

İsveçrə frankına münasibətdə dollar 0,982 frank səviyyəsində qalır. 

ABŞ Prezidenti Donald Tramp, çərşənbə günü FED və mərkəzi bankın rəhbərinə təzyiq göstərməyə davam edərək, tənzimləyicinin siyasətinin ABŞ iqtisadiyyatının böyüməsinə mane olduğunu və ölkənin rəqabət qabiliyyətini aşağı saldığını bildirib. 

Çərşənbə günü Beynəlxalq Valyuta Fondu hökumətlərə pul siyasətini və ya bazar müdaxilələrini yüngülləşdirməklə milli valyutaları zəiflətmək cəhdləri barədə xəbərdarlıq edərək, blog yazılarında bunun beynəlxalq pul sisteminin fəaliyyətinə zərər verəcəyini və bütün ölkələrin vəziyyətini pisləşdirəcəyini söyləyib. 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər