26 C
Baku
Saturday, July 27, 2024

Yüksək hiperinflyasiya yaşamış ölkələr

İqtisadçılar Steve Hanke və Nicholas Cruz-un hesablamasına görə XX əsrdə dünyada ümumilikdə 56 hiperinflyasiya halı qeydə almışlar. Banker.az saytı olaraq ən yüksək hiperinflyasiya yaşamış ölkələrin bəzilərini təqdim edirik. 

Burada ilk olaraq Yunanıstanı qeyd etmək lazımdır. 1944-cü ilin may ayından 1945-ci ilin dekabrına qədər ölkədə hər 4,3-cü gün qiymətlər iki qat artırdı. Ən yüksək inflyasiyaya – 13,8 min faiz sahib tarix 1944-cü ilin oktyabr ayı oldu. Qiymətlərin sürətlə artmasına səbəb isə İkinci dünya müharibəsi, daha dəqiq desək beynəlxalq ticarət həcminin enməsi, ölkənin Hitler koalisiyasının qüvvələri tərəfindən işğalı, sənaye istehsalının enməsi oldu. Hərbi xərclər isə pul emissiyasının köməkliyi ilə maliyyələşirdi.

Almaniyada isə hiperinflyasiya 1922-ci ilin avqustun 1923-cü ilin dekabrına qədər davam etmişdir. Bu dövr ərzində ölkədə qiymətlər hər 3,7-ci gün iki qat artırdı. 1923-cü ilin oktyabr ayı ən yüksək inflyasiya  (29,5 min faiz) yaşanmış ay oldu. Bu dərəcədə qiymət artımına səbəb isə dövlət rəhbərliyinin siyasətinin və Birinci dünya müharibəsində yaşanmış məğlubiyyət oldu. Almaniya hərbi xərcləri borc vəsaitləri hesabına qarşılayırdı.

Zimbabvedə yaşanmış hiperinflyasiya ən “gənc” idi. 2007-ci ilin mart ayından başlayaraq 2008-ci ilin noyabr ayına qədər ölkədə demək olar ki, hər gün iki qat qiymət artımı müşahidə edilirdi. Zimbabvedə vəziyyətin pisləşməsinə əsas səbəb ölkə rəhbərliyinin siyasəti oldu. 2000-ci illərin əvvələrində ölkə prezidenti Robert Muqabe etnik avropalıların əlindən torpaq sahələrini alaraq yerli sakinlərə verdi.

Nəticədə ölkə ixtisaslı fermerlərini itirdi, istehsalata zaldı və qiymət artmağa başladı. 2006-cı ildə Zimbabve Mərkəzi bankı BVF-nun borcunu ödəmək üçün 21 trilyon yerli dollar çap etdi. Nəticədə ölkə əmək haqqlarının verilməsi üçün əlavə 60 trilyon dollar da çap etməli oldu. 2008-ci ilin aprel ayında 50 milyon yerli dollar nominalında olan banknot 1 ABŞ dollarına bərabər idi. Ən yüksək aylıq inflyasiya isə (demək olar ki, 80 milyard faiz) 2008-ci ilin noyabr ayında qeydə alınmışdı.

Tarixin ən yüksək hiperinflyasiyası isə Macarıstanda yaşanıb. 1945-ci ilin avqust ayından 1946-cı ilin iyul ayına qədər ölkədə hər 15 saatda qiymətlər iki qat artırdı. Digər ölkələrdə olduğu kimi, burada da qiymət artımına əsas səbəb müharibə idi. Ölkə hələ müharibə başlamadan öncə Almaniyanı silahla dəstəkləmək üçün borca girdi. Bəzi qiymətləndirmələrə görə, Macarıstan İkinci Dünya müharibəsi gedişində kapitalının təqribən 40 faizini itirmişdi.

1946-cı ilin may ayında Macarıstan MB-ı 1 kvadrilyon penge (ayın sonuna olan məzənnə ilə 2,4 ABŞ senti, daha doğrusu1 ABŞ dolları 42 kvadrilyon penge idi) nominalında banknot buraxdı. 1946-cı ilin iyul ayında inflyasiya demək olar ki, 42 kvadrilyon faiz (4,2×1016) təşkil edirdi. 1 avqust tarixindən başlayaraq isə, ölkədə forint adlı yeni milli valyuta işlədilməyə başlanıldı və o pengeyə 1:4×1029 məzənnəsi ilə dəyişdirilirdi.

Son xəbərlər
Digər xəbərlər