23 C
Baku
Monday, April 15, 2024

Yüksək Texnologiyalar Parkı daha bir rezidentini siyahıdan çıxarıb

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının rezidentləri siyahısından daha bir şirkət çıxarılıb.

Banker.az xəbər verir ki, indiyə qədər YTP-nın siyahısında yer alan “Elm və Texnologiyalar Parkı” MMC siyahıdan çıxarılıb.

Xatırladaq ki, “Elm və Texnologiyalar Parkı” MMC AMEA tərəfindən 2016-cı ildə yaradılıb, 50 manat nizamnamə kapitalı var. MMC-nin fəaliyyətinin əsas məqsədi innovativ məhsulların və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə tədqiqatların, təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənayedə, xidmət sahələrində tətbiqi üçün şəraitin yaradılması, fəaliyyətin təşkili və inkişaf etdirilməsindən ibarətdir.

Bununla da, şirkətin rezidentlərin sayı 11-ə düşüb.

Hazırda siyahı belədir:

  1. “AMEA Təcrübə-Sənaye Zavodu” MMC
  2. “INKOR” MMC
  3. “Aşqar” Elmi İstehsalat Birliyi
  4. “Bakı Polimer İstehsalat” MMC
  5. “AZCOSMETİCS GROUP” MMC
  6. “TAK NOOSH GROUP” MMC
  7. “PROLINE CHEMICALS” MMC
  8. “AZOIL INDUSTRY” MMC
  9. “Smart Security Solutions” MMC
  10. “EAST NANO TECHNOLOGIES” MMC
  11. “NANO PRO” MMC
Son xəbərlər
Digər xəbərlər