Azərbaycanda yanvar ayı ərzində məhsullarının istehsalçı qiymətləri indeksində ən çox artanlar bəlli olub.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ən çox bahalaşma yumurtanın qiymətində müşahidə olunur.
2021-ci ilin yanvar ayında əvvəlki aya nisbətən yumurtanın qiyməti 5.9% artıb.
Cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox
bahalaşma unun, yumru düyünün, manna və qarabaşaq yarmasının, makaron
məmulatlarının, kolbasa məmulatlarının, təzə balığın, südün, qatılaşdırılmış şəkərli südün,
yoqurtun, xamanın, pendirin, yumurtanın, kərə, zeytun, günəbaxan və qarğıdalı yağlarının,
naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, kələmin, xiyarın, bibərin, badımcanın, balqabağın, çuğundurun, yerkökünün, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, meyvə şirəsinin, pivənin, ucuzlaşma isə əsasən mal və qoyun ətinin, dondurulmuş balığın, bananın, portağalın, kivinin, qozun, şabalıdın, pomidorun
qiymətlərində müşahidə olunmuşdur.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.