1 C
Baku
Saturday, December 14, 2024

Yunanıstan Almaniyaya 4 milyard avroluq sifariş verib

2020-ci ildə Şərqi Aralıq dənizində Türkiyə ilə böhrandan sonra Yunanıstan hökumətinin başlatdığı silahlanma prosesində Fransa və ABŞ-dan sonra yeni ünvan Almaniyadır.

Almaniya kansleri Olaf Şoltsun 27 oktyabrda Yunanıstana səfəri zamanı təxminən 4 milyard avro dəyərində silahlanma proqramının və ya bu proqramın bir hissəsinin açıqlanması gözlənilir.

Yunanıstan mətbuatının məlumatına görə, silahlanma proqramına 205 ədəd yeni “Lynx KF-41” tipli zirehli döyüş maşınının alınması (bu texnikanın Şimali Yunanıstanda qurulacaq fabrikdə istehsal olunması planlaşdırılır), 190 ədəd “Leopard 1” tipli tankın modernləşdirilməsi, 183 ədəd “Leopard 2” tipli tankın modernləşdirilməsi, 4 ədəd “MEKO” tipli freqatın modernləşdirilməsi daxildir.

Hesablamalara görə, bunlar Yunanıstana 4 milyard avroya başa gələcək.

Yunanıstanın ABŞ-dan 20 ədəd “F-35” döyüş təyyarəsi alması üçün təmasları davam edir. Razılığa gəlinəcəyi təqdirdə, “F-35”lərin təxminən 3 milyard dollara başa gələcəyi və tədarükün 2028-ci ildə başlayacağı təxmin edilir.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər