25 C
Baku
Saturday, July 27, 2024

Yunanıstan borc bazarına geri döndü

Yunanıstan 3 milyard avro dəyərində dövlət istiqrazları buraxıb.

Banker.az The Financial Times nəşrinə istinadən xəbər verir ki, Afina 2014-cü ildən bu günə qədər borc kağızları buraxmamışdı. Dövlət istiqrazlarının ödənməsi müddəti 5 ildir. Faiz dərəcəsi isə illik 4,625 faiz təşkil edir.

21 iyul tarixində Beynəlxalq valyuta fondu Yunanıstana 1,6 milyard avro miqdarında kreditin ayrılmasını təsdiq etdi. Bununla belə, bu vəsaitlər ölkənin borca davamlılığı barədə Avropa İttifaqına zəmanət verilməsi şərti ilə ayrılıb.

İyun ayının ortalarında isə Avrozona ölkələrinin maliyyə nazirləri şurası Yunanıstana 8,5 milyard avro maliyyə yardımı proqramı çərçivəsində yeni kredit xəttinin açılması imkanları barədə razılığa gəlmişdi.

Son xəbərlər
Digər xəbərlər