25 C
Baku
Saturday, July 27, 2024

Yunanıstanda siyasi böhran yaşanır

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis rəhbərlik etdiyi “Yeni Demokratiya Partiyası”nın parlament seçkilərində qalib gəlməsinə baxmayaraq, hökumət qurmaq mandatını prezident Katerina Sakellaropoulouya qaytarıb.

Yunanıstan prezidenti ilə görüşdə Mitsotakis vurğulayıb ki, ölkəyə ən qısa zamanda 4 illik müddət üçün güclü hökumət lazımdır. O hesab edir ki, parlamentin indiki tərkibi ilə belə bir hökumətin qurulması üçün heç bir ilkin şərt yoxdur.

“Sadə proporsional təmsilçiliyin qarşısındakı maneəni tez bir zamanda aradan qaldırmağı özümə borc bilirəm və bu gün, ola bilsin, iyunun 25-də seçki keçirə bilmək üçün mandatı sizə qaytarmaq niyyətindəyəm”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər