Yunanıstanın sonuncu kralı II Konstantin Afinada vəfat edib.
Bu barədə Yunanıstanın İctimai Televiziyası məlumat yayıb.
Koronavirusa yoluxduqdan sonra zəifləyən 82 yaşlı keçmiş monarx Afinadakı evində insult keçirib. 7 gün ağır reanimasiyada olan Konstantini xilas etmək mümkün olmayıb.
6 mart 1964 – 1 iyun 1973-cü illərdə Yunanıstanı idarə etmiş kralın səhhətində ciddi problemlər yaranmışdı.