7 C
Baku
Thursday, December 12, 2024

“Yüz qəpiyin olunca, yüz dostun olsun”

Bir kişinin borcu olur. Borcunu ödəmək üçün o, evini satmaq qərarına gəlir. İnquş adətlərinə görə, bir insan evini və yaxud torpaq sahəsini satmaq qərarına gəlsə, ilk olaraq onları satmaq üçün öz qonşusuna təklif etməlidir. 

Kişi qonşusuna gəlir və ona öz evini satdığını deyir.

Qonşu ondan soruşur:

– Sən nəyə görə öz evini satırsan?

– Mənim borcum var. Borcumu ödəmək üçün evimi satıram.

– Hansı qiymətə satırsan?

Kişi evin qiymətinin yetərincə baha olduğunu, lakin qonşusuna bu evi ancaq borcu məbləğində satacağını deyir.

-Sənin borcun nə qədərdir və sən kimə borclusan?

Kişi bu sualları cavablandırır.

Qonşu deyir:

– Yaxşı, sabah gəl mənim yanıma, danışarıq.

Növbəti gün kişi qonşunun yanına gəlir və kişi ona belə deyir:

– Mən dünən getdim və sənin borcunu ödədim. Artıq sənin borcun yoxdur. Heç yerə getmə və öz evində yaşamağa davam et.

-Sən niyə belə etdin? Mənə görə ziyan çəkdin! – deyə kişi buyurur.

– Mən bunu ziyan hesab etmirəm, – deyə qonşu deyir və davam edir, – mənim üçün ən böyük ziyan sənin kimi yaxşı bir qonşunu itirmək olardı.

Son xəbərlər
Digər xəbərlər