-3 C
Baku
Sunday, December 15, 2024

Yves Saint Laurent – bir dahinin tarixçəsi

Yves Saint laurent qadınlara ilk dəfə smokinq və şəffaf bluzlar geyindirən, trapesiya formasında qadın libasını və safari tərzi geyimini yaradan dəb anarxisti idi.  O demişdi: “bu həyatda mən yalnızca ona heyfslənirəm ki, cinsi mən yaratmamışam”.

O hesab edirdi ki, sevən kişinin sevgi dolu qucağı qadın üçün ən yaxşı geyimdir. Bunun  ardınca o əlavə edir ki, bundan məhrum olanlar üçün mən varam.

Bütün həyatı boyu depressiya, intihara meyillik və narkotiklərə bağlılıqla mübarizə aparan laurent Parisi dünyanın dəb mərkəzinə çevirən insanlardan biri idi. Müasir modelyerlər isə yalnızca onun zəngin irsini davam etdirir.

Həyatı: 1 avqust 1936-cı ildə Əlcəzair şəhərciyi olan Oranda zəngin bir ailədə gələcəyin ən məşhur modelyeri dünyaya gəlir. Anası onun təhsili və həyatı ilə yaxından maraqlanırdı. Laurent məktəbi bitirdikdə anası onunla Parisə köçür və onu gənc modelyerlər müsabiqəsində yaxından dəstəkləyir. Burada o Vogue şirkətinin direktoru və məşhur modelyer Christian Dior ilə tanış olur.

Onun 21 yaşı olduqda Diorun qəfil ölümündən sonra Laurent dəb imperiyası olan Christian Diorun rəhbərinə çevrilir. Onun ilk dəb sərgisi böyük səs-küyə səbəb olur və insanların rəğbətini qazanır. Bundan sonra o hərbi xidmətə yollanır. Bu zaman o Əlcəzairdə müharibə ilə üzləşir və ağır əsəb sarsıntısı keçirir. Onun bu əsəb sarsıntısı psixiatriya xəstəxanasında elektroşokla müəlicə edilir.

Saint Laurentin bütün 50 illik karyerası özü kimi parlaq və daim çiçəklənən olub. O cəmiyyət arasında daim müzakirə edilib diqqət mərkəzində olmasına baxmayaraq eynəyinin qalın şüşələri arxasında insanlardan gizlənirdi.

Paltarların gözəlliyi onu ətrafdakıların etirafından daha çox maraqlandırırdı. O sakitliyi səs-küylü gecə əyləncələrindən və zəhlətökən pərəstişkarlarından daha çox sevirdi.

Məşhur modelyer həyatının son yarım ilini ağır xəstəlik içərisində keçirdi və o bu zaman sərbəst hərəkət edə və danışa bilmirdi. Yves Saint Laurent 1 iyun 2008-ci ildə öz Parisdəki evində beynindəki bədxassəli şişdən vəfat etdi. Vəsiyyətinə əsasən isə onun külü Mərakeşdə çox sevdiyi Majorelle villasında səpələnmişdi.

Son xəbərlər
Digər xəbərlər