15 C
Baku
Saturday, April 20, 2024

Zəlzələ sığortaçılara 2.4 milyard dollar ziyan vurub

Türkiyədə baş vermiş zəlzələlər sığortaçılara 2,4 milyard dollara başa gələ bilər.

Bu barədə “Karen Clark & ​​Company” adlı fəlakət modelləşdirmə şirkəti məlumat yayıb.

Şirkətin hesabatında qeyd olunub ki, zəlzələlərin vurduğu ümumi maddi ziyan təxminən 20 milyard dollar ola bilər. Hesabat müəlliflərinin məlumatına görə, zəlzələ 41.000-dən çox binanı dağıdıb və ya ciddi şəkildə zədələyib.

Həmçinin bildirilir ki, təbii fəlakət 1939-cu ildə Ərzincan zəlzələsindən sonra Türkiyədə baş vermiş ən böyük miqyaslı hadisədir.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Son məlumatlara görə, zəlzələ zamanı ölənlərin sayı 38 mini keçib.

 

Son xəbərlər
Digər xəbərlər