Türkiyədə zəlzələ nəticəsində dağılan “Rönesans Residence” adlı binanın tikintisi ilə məşğul olan podratçı saxlanılıb.
Banker.az bu barədə “Anadolu” informasiya agentliyinə istinadən xəbər verir ki, Hatay bölgəsində yerləşən binanın podratçısı Monteneqroya qaçmağa çalışarkən hava limanında polis tərəfindən saxlanılıblar.
10 il əvvəl “Cənnətdən bir hissə” reklamları ilə açılışı edilən yaşayış kompleksinin dağıntıları altından yüzlərlə meyit çıxarılıb və axtarışlar hələ də davam edir.
Onlar İstanbul Hava Limanında saxlanılıblar.