7 C
Baku
Sunday, December 15, 2024

Zəng Mərkəzinin Operatoru – “Caspian Development Bank (CDB)” ASC

“Caspian Development Bank (CDB)” ASC

Vakansiya: Zəng Mərkəzinin Operatoru

İşçinin vəzifələri:

– Daxil olan zəngləri cavablandırmaq və ya lazım olduqda yönləndirmək;
– Bütün bank məhsulları və xidmətləri barədə müştərilərə telefonla ətraflı məlumat vermək;
– Bankın internet səhifəsində onlayn müraciətləri qəbul etmək və cavablandırmaq;

– Bank xidmət və məhsulları ilə problemləri olan müştərilərin müraciətlərini səlahiyyəti çərçivəsində problemlərin həllində yardımçı olmaq, digər hallarda müştərini müvafiq struktur bölməyə yönləndirmək;

– Department rəisinin ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirir;

Vəzifəyə qəbul üçün kriterilər:

Təhsil: Ali (iqtisadi və ya biznes yönəmi üzrə təhsili olan namizədlərə üstünlük verilir)
Bilik:   Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq
Bacarıq: Xoş səs tembri, mükəmmək etik davranış, yazı və danışıq, dəqiqlik, diqqət, operativlik, məsuliyyət
Təcrübə: Bank və ya oxşar kredit institutlarında Call Center sahəsində ən azı 1 il iş təcrübəsi.

CV-lərinizi [email protected] mail ünvanına göndərməyinizi xahiş edirik. CV-ni göndərərkən mail-ın “subject” hissəsində müraciət etdiyiniz vakansiyanın adının göstərilməsini xahiş edirik.

Qeyd etmək istərdik ki, açıq vakansiya üzrə verilmiş kriterilər, iş təcrübəsi və bacarıqları uyğun olan  namizədlərlə əlaqə saxlanacaq.

Son xəbərlər
Digər xəbərlər