10 C
Baku
Wednesday, December 11, 2024

Zəngilan şəhərinin baş planı təxminən 1 milyon manata başa gələcək

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Bakı Dövlət Layihə İnstitutu ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Zəngilan şəhərinin baş planının hazırlanması işləri üzrə ilkin məlumatların toplanılması, şəhərətrafı ərazinin (rayonun) planının, istinad planının və ərazinin kompleks qiymətləndirmə sxeminin, strateji ekoloji qiymətləndirmə hesabatının, mühəndis hazırlığı sxeminin, mühəndis kommunikasiya sistemləri sxemlərinin, nəqliyyat və sosial obyektlərin yerləşmə sxeminin hazırlanması, tərcümə xidmətlərinin göstərilməsi və kompleks mühəndis-geodeziya işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 214 450 manatdır.

Sapartners Kovari+Kovari ilə bağlanmış müqavilədə isə Zəngilan şəhərinin baş planının hazırlanması işləri nəzərdə tutulur, məbləği 620 361 manatdır.

Son xəbərlər
Digər xəbərlər