1 C
Baku
Saturday, December 14, 2024

Zənginliyimizi nə məhv edir?

Motivasiyanın olmaması:

Bir çox insan böyük potensial və istedada sahib olsa da, çox az insan bu bacarıqları zənginliyə çevirməyə nail olur. Bunun əsas səbəbi isə motivasiyanın olmamasıdır. İnsan özünü motivasiya etməli və ətrafında bu məqsədə xidmət edən mühit yaratmalıdır. Motivasiya insanın daxili potensialını və bacarıqlarını üzə çıxarmağa kömək edir.

Düzgün tərbiyənin olmaması:

Valideynlər tərəfindən zənginlik haqqında lazımi məlumatların əldə edilməsi və qavranılması erkən yaşlarında uşaqların tərbiyə edilməsi üçün mühümdür. Uşaq maliyyə cəhətdən savadlı olma və özünün nə qədər maliyyə rifahı yarada biləcəyini bilməlidir. Bütün dünya üzrə bir çox ailələr zənginliyə və pullara qarşı davranış tərzlərini nəsillərdən nəsillərə ötürürlər. Bu səbəbdən də, ya valideynlər övladlarına gələcəkdə zənginlik imperiyası qurmağı, ya da pullarını havaya sovurmağı aşılayacaqlar.

Zamana qarşı biganə yanaşmaq:

Zaman həyatda sahib olduğumuz ən dəyərli resurs olduğundan ona qarşı biganə davranış tərzi zənginliyi məhz edən başlıca amillərdən biridir. Zaman – dəyərsiz mülkdür və onu başqa bir şeylə əvəz etmək mümkün deyil. Dahi və varlı şəxslər öz zamanlarına qarşı kifayət qədər həssas yanaşırlar. Onlar daim onların planlarını korlaya biləcək şey və insanlardan qaçırlar. Zamanı boşa sərf etmək hətta real imkanlarını təyin edən bir çox insanın zənginliyini məhv edir. İnsanların əksəriyyəti öz dəyərli vaxtını öldürərək sadəcə pullar xatirinə işləyirlər.

Qənaətin olmaması:

Qənaət etməyən və qənaət üçün müəyyən məbləğdə vəsaitə sahib olmayan insanlar daim nələrəsə ehtiyac duyurlar. Adətən belə insanlar sahib olduqları pulları qoruya bilmir, yaxud da çox pul xərcləməyə vərdiş etmişlər. Qənaətcil olmaq isə varlı olmağın ayrılmaz amillərindən biridir.

İntizamın olmaması:

Bizim hər birimiz istənilən vaxt varlı olmağa potensiala sahibik. Hər hansı bir şəxs motivasiyaya sahib olsa belə, intizamın olmaması ona zənginlik əldə etməyə və onu uzun müddətli perspektivdə qorumağa əngəl törədəcək. Dünyanın bütün pulları intizamsız insana məxsus olsa belə, o tez bir zamanda onları küləyə sovuracaq.

Maliyyə savadsızlığı:

Maliyyə savadsızlığı dedikdə, maliyyə haqqında açar mövqeli məlumatlardan bixəbər olmağınız nəzərdə tutulur. Əksər hallarda, maliyyə cəhətdən savadsız olan insanlar qeyri-düzgün şəkildə sərmayə yatırır və pullarının göz görə-görə israf olmasına razı olurlar. İnsanların 80%-i məhz bu kateqoriyaya aiddirlər.

Texnologiya çatışmazlığı:

Texnologiyaları həyatımıza tətbiq etmək bizə bir çox üstünlük qazandırır. Hazırda kompüterlər, internet geniş miqyasda istifadə edilir. Müasir dünyada maliyyə rifahına nail olmaq üçün kompüter proqramlarından istifadə etməyi bacarmaq və digər texnologiyalardan xəbərdar olmaq mütləqdir.

Son xəbərlər
Digər xəbərlər