16 C
Baku
Monday, April 29, 2024

Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin sədri üzrə vəzifələrinin icrasını dayandırıb

Azərbaycan Respublikası prezidentliyinə namizədliyi qeydə alınan Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri vəzifəsi üzrə vəzifələrinin icrasını dayandırıb.

Bu barədə STM-dən bildirilib.

Qeyd edilib ki, Mərkəzi Seçki Komissiyasının 06 yanvar 2024-cü il tarixli qərarı ilə 2024-cü il fevralın 7-nə təyin edilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Zahid Məhərrəm oğlu Oruc namizəd kimi qeydə alınıb.

“7 yanvar 2024-cü il tarixindən Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 69.2-ci maddəsinin tələbinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi qeydə alınmış Zahid Məhərrəm oğlu Oruc Sosial Tədqiqatlar Mərkəzi Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsi üzrə xidməti vəzifələrinin icrası ödənişsiz məzuniyyətə göndərilməklə müvəqqəti dayandırıb.

Zahid Oruc Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 70.1-ci maddəsinə əsaslanaraq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 130-cu maddəsinə uyğun olaraq qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üzrə ödənişsiz məzuniyyət götürüb”, – məlumatda vurğulanıb.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər