7 C
Baku
Thursday, December 12, 2024

Zakir Həsənov ilə Hulusi Akar arasında növbəti telefon danışığı olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akar arasında növbəti dəfə telefon danışığı olub.

Banker.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazir Z.Həsənov həmkarını Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud əməliyyat şəraiti barədə ətraflı məlumatlandırıb və Ermənistan silahlı qüvvələrinin bütün təxribatlarının qarşısının qətiyyətlə alındığını bildirib.

Cənab H.Akar öz növbəsində Türkiyə silahlı qüvvələrinin daima Azərbaycan Ordusuna mənəvi dəstək olduğunu vurğulayıb.

Telefon danışığı zamanı Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Digər xəbərlər