-1 C
Baku
Saturday, December 14, 2024

Zakir Nuriyev “Rabitəbank”ın kapitalında payını 13,14%-dək azaldıb

“Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyev2017-ci ildə bankın kapitalında payını 2016-cı ilin sonuna 25,56%-dən 13,14%-dək azaldıb.

Bankın audit olunan maliyyə hesabatına əsasən, 2017-ci ilin sonuna Z.Nuriyev bankın ən iri səhmdarı deyil. Eyni zamanda, Z.Nuriyev və onun ailə üzvləri bank üzərində nəzarəti saxlayırlar və əsas səhmdarlardır.

2017-ci ilin sonuna bankın ən iri səhmdarı 32,53% pay ilə Seyran Nuriyevdir (2016-cı ilin sonuna – 23,58%).

İkinci ən iri səhmdar bankın Müşahidə Şurasının üzvü 22,73% pay ilə Aslan Xasayevdir (2016-cı ilin sonuna – 24,77%).

Ötən il bir neçə digər səhmdarlar bankın kapitalında öz paylarını azaldıblar: Dilarə Nuriyeva – 10,43%-dək (2016-cı ilin sonuna – 13,48%), Yaşar Qurbanov – 1,7% (12,09%), digər səhmdarlar – 0,17% (0,52%).

Maliyyə hesabatına əsasən, 9,8% pay ilə Rauf Əliyev və 9,5% pay ilə Xalid Abbasov 2017-ci ildə bankın səhmdarları olublar.

2017-ci ildə “Rabitəbank” nizamnamə kapitalını 40 mln. manat – 88,5 mln. manatadək artırıb.

“Rabitəbank” 1993-cü ildə yaradılıb və ölkənin 10 aparıcı bankı sırasına daxildir. Bankın səhmdarları 10-a yaxəın hüquqi və fiziki şəxsdir.

Son xəbərlər
Digər xəbərlər