26 C
Baku
Saturday, July 27, 2024

“Zaminbank”da xarici bankın vəsaiti qalıb, Kredit Komitəsi yaradılmır – Həsənov

Bir xarici bankın müflisləşmiş “Zaminbank” ASC-də vəsaiti qalıb. Bu barədə həmin xarici bankın maraqlarını Azərbaycanda təmsil edən hüquqşünas-ekspertqeyd edib.

Həsənov bildirib ki, sözügedən xarici bankın adından dəfələrlə Əmanətlərin Sığortalanması Fonduna(ADİF) müraciət edib ki, ləğv prosesi haqda məlumat versin və Kreditorlar Komitəsini yaratsın. Lakin heç bir cavabın əldə olunmadığını qeyd edib. Buna görə də ləğvetmə üzrə məhkəmə icraatı aparan Bakı Apellyasiya Məhkəməsinə ekpert müraciət edərək və qısa bir zamanda cavab əldə etdiyini bildirib.

Məhkəmə də öz cavabında bildirir ki, “Zaminbank”da Kreditorlar Komitəsinin yaradılması üzrə qərarı hələ ötən ilin 18 aprel tarixində qəbul edib və Komitənin tərkibinin müəyyənləşdirilməsi üçün təşkilati işlərin və zəruri tədbirlərin görülməsini ADİF-ə həvalə edib.

Bəs Fond indiyədək niyə Komitəni yaratmayıb?

Niyə kreditorlara bankın vəziyyəti haqda heç bir məlumat vermir, halbuki qanuna görə ən azı rübdə bir dəfə bunu etməlidir?

Həsənov bildirir ki, bu müflis bankların ləğvetmə prosesində qanun pozuntularının, özbaşınalığın və korrupsiyanın mövcudluğuna şübhə yaradır: “Həmin banklarda məhz kreditorların pulu qalıbsa, kreditorlardan gizli axı orada nə ola bilər? Misal üçün “Bank Standard”da sədri olduğum belə Komitə yaradılıb. Pis-yaxşı, amma Komitənin fəaliyyəti nəticəsində müəyyən şəffaflığa nail olmuş və çoxlu sayda qanun pozuntusu aşkar etmişik. ”

26685268 10213965682352747 8940268397290863396 o

 

Son xəbərlər
Digər xəbərlər