10 C
Baku
Monday, November 25, 2024

“Zara”nın sahibi Rusiya bazarına qayıtmağı planlaşdırır

“Zara”, “Pull & Bear”, “Bershka”, “Stradivarius” və “Oysho” brendlərinin sahibi olan İspaniyanın “Inditex” şirkəti Rusiya bazarına qayıdacağını açıqlayıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Inditex”in baş direktoru Oskarsia Maseyras bildirib ki, şirkət “mümkün qədər tez və şərtlər imkan verdiyi kimi” Rusiyada fəaliyyətini dərhal bərpa etmək niyyətindədir. EFE agentliyinin məlumatına görə, hazırda şirkət Ukrayna ətrafında vəziyyətin inkişafının monitorinqini davam etdirir.

Xatırladaq ki, Inditex Rusiyadakı fəaliyyətini bu il martın 5-ində dayandırıb. Onun 100-ə yaxın ölkədə 7 mindən, Rusiyada isə 500-dən çox mağaza var. Ən məşhur brendlər arasında “Zara”, “Pull&Bear”, “Bershka”, “Stradivarius”, həmçinin “Massimo Dutti” və “Oysho” yer alır.

Son xəbərlər
Digər xəbərlər