26 C
Baku
Saturday, July 27, 2024

Zaxarova KTMT-nın Ermənistana hərbi yardımı ilə bağlı sualı cavablandırıb

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sərhəddəki gərginliyə görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistana birbaşa hərbi yardım göndərməməsi, vəziyyəti araşdırma missiyası göndərməsi ilə bağlı suala aydınlıq gətirib.

Zaxarova erməni jurnalistin sualına cavab olaraq KTMT-nin xüsusi missiyasının göndərilməsinin bu təşkilatın əhəmiyyətli müdaxilə imkanı olduğunu deyib.

“İkinci məqam isə, əminəm ki, bu sual Rusiyaya ünvanlanmamalıdır. Ona görə ki, son iki ildə bizim ölkə tərəfindən çoxillik köhnəlmiş böhranı həll etmək üçün çoxlu işlər görülüb. Bunlar kağız üzərində edilməyib, “yerdə” edilib. Başa düşürəm ki, belə ağır vəziyyətlərdə hamı sehrli çubuğun müdaxilə edib, problemi həll etməsini istəyir. Lakin, bu ancaq nağıllarda olur”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər