12 C
Baku
Wednesday, December 11, 2024

Zaxarova Paşinyanın sülhməramlı kontingent barədə tənqidlərini qəbuledilməz adlandırıb

Rusiya sülhməramlı kontingentinin ünvanına söylənilən tənqidlər qəbuledilməzdir.

Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistan Baş naziri Nikol Paşinyanın sülhməramlı kontingentin öhdəliklərini yerinə yetirə bilməməsi ilə bağlı açıqlamasına cavab olaraq bildirib.

O, KTMT çərçivəsində Ermənistana monitorinq missiyasının göndərilməsi ehtimalına da toxunub.

“KTMT çərçivəsində öhdəliklərə gəlincə isə, nə zaman İrəvan maraqlı olsa, təşkilatın üzvü olan digər ölkələr Ermənistana monitorinq missiyası göndərməyə hazır olacaqlar”, o deyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər