21 C
Baku
Tuesday, May 21, 2024

Zaxarovadan “Taxıl sazişi” üzrə görüşün keçirilməsi ilə bağlı açıqlama

Rusiya Federasiyası, Ukrayna və Türkiyə nümayəndə heyətlərinin Qara dəniz taxıl təşəbbüsü məsələsi üzrə mümkün görüşü məsələsi razılaşdırılmayıb.

Bunu bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Görüş razılaşdırılmayıb. Razılaşdırılan kimi məlumat verəcəyik”, – deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, Türkiyənin müdafiə naziri Hulusi Akar mayın 5-də İstanbulda Türkiyə, Rusiya və Ukrayna nümayəndə heyətlərinin taxıl sazişi ilə bağlı görüş keçirməyi planlaşdırdığını açıqlayıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər