27 C
Baku
Saturday, July 27, 2024

Zelenski Belçikaya gedib – Stoltenberqlə görüşəcək

Ukrayna Prezidenti Vladimir Zelenski Belçika Krallığına səfər edib.

Bu barədə NATO-nun rəsmi nümayəndəsi Dilan Uayt “X” platformasında yazıb.

Zelenskinin Belçikada bu gün keçirilməsi planlaşdırılan Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu – “Ramşteyn formatı”nın növbəti görüşündə iştirakla bağlı Krallığa getdiyi bildirilib.

Ukrayna rəhbəri NATO Alyansının Brüsseldəki mənzil-qərargahına gedib. Zelenski burada NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşəcək. Görüşdən sonra Ukrayna Prezidenti və Alyansın Baş katibi jurnalistlərlə brifinq keçirəcək, bundan sonra NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü başlayacaq.

Mənbəapa
Son xəbərlər
Digər xəbərlər