31 C
Baku
Monday, June 17, 2024

Zelenski Consonun Baş nazir postunda qalmasından məmnundur

Ukrayna Prezidenti Vladimir Zelenski Boris Consonun Böyük Britaniyanın Baş naziri postunda qalmasından çox məmnun olduğunu deyib.

Zelenki Boris Consonun etimad səsverməsində üstünlük qazanmasının şad xəbər olduğunu bildirib.

“Mən çox vacib müttəfiqimizi itirmədiyimiz üçün şadam, bu, əla xəbərdir”,- deyə o, qeyd edib.

Bundan əlavə, Zelenskinin ofisi Boris Consonun Zelenskinin hər zaman yanında durduğunu və dünyanın belə liderlərə ehtiyacı olduğunu bildirib.

Qeyd edək ki, dünən Britaniyada Baş nazir Boris Conson barədə etimad səsverməsi keçirilib. Səsvermə nəticəsində Mühafəzəkarlar Partiyasının 211 üzvü Boris Consonun Baş nazir olaraq qalmasının lehinə, 148 üzvü isə əleyhinə səs verib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər